Məhsul videosu
Məhsul video çəkilişi
Məhsulun necə göründüyünü, işlədiyini və niyə seçilməli olduğunu qısa, aydın və satış yönümlü videoda göstəririk.
Yanaşma
Nəticəyə fokuslanan production
Məhsul videosu statik təqdimatdan fərqli olaraq ölçünü, hərəkəti, istifadə qaydasını və detalları eyni anda izah edir. Konsepti məhsulun əsas satış arqumenti və yayımlanacağı platforma üzərində qururuq.
Studiyada nəzarətli işıq, makro planlar, hərəkətli kamera, stop-motion və ya istifadə səhnələri ilə işləyə bilirik. Bir çəkilişdən reklam, məhsul səhifəsi və sosial media üçün müxtəlif uzunluqlar hazırlanır.
Xidmətin tərkibi
Planlı çəkiliş, aydın təhvil
Məhsul faydasına əsaslanan konsept
Studiya və ya lifestyle video çəkilişi
Makro, detal və istifadə planları
Reklam və sosial platforma versiyaları
Kimlər üçün uyğundur?
- Yeni məhsul təqdim edən brendlər
- E-commerce və DTC biznesləri
- Sosial media reklamı verən şirkətlər
İş prosesi
Brifdən hazır materiala qədər
- 01
Mesaj
Məhsulun əsas üstünlüyü və izləyicinin görməli olduğu detallar seçilir.
- 02
Vizual quruluş
Fon, rekvizit, işıq, kamera hərəkəti və istifadə səhnələri planlanır.
- 03
Versiyalama
Əsas montajdan müxtəlif müddət və ölçülərdə reklam versiyaları hazırlanır.
Nümunələr və bilik
Qərardan əvvəl işlərimizə baxın
Yanaşmamızı portfolio layihələrində, çəkiliş və kontent haqqında praktiki izahları isə Media7 bloqunda görə bilərsiniz.
Tez-tez verilən suallar
Məhsul video çəkilişi haqqında
Məhsul videosu neçə saniyə olmalıdır?
Sosial reklamlar üçün 6–30 saniyə, məhsul izahı üçün isə daha uzun format uyğun ola bilər. Müddət mesaj və platformaya görə seçilir.
Model və rekvizit təmin edirsiniz?
Layihənin ehtiyacına görə model, stilist, rekvizit və lokasiya seçimini təşkil edə bilərik.
Şaquli video ayrıca çəkilir?
Şaquli istifadənin vacib olduğu layihələrdə kompozisiya çəkiliş zamanı 9:16 formatı üçün ayrıca nəzərə alınır.
Əlaqəli xidmətlər