AI kreativ production
AI reklam videosu istehsalı
Süni intellekt imkanlarını yaradıcı istiqamət, brend nəzarəti və peşəkar post-prodakşnla kommersiya videosuna çeviririk.
Yanaşma
Nəticəyə fokuslanan production
AI video klassik çəkilişlə mümkün olmayan səhnələri, sürətli konsept testlərini və fərqli vizual dünyaları əlçatan edir. Güclü nəticə isə alətdən deyil, ideya, art direction, ardıcıllıq və brend uyğunluğundan yaranır.
Tam AI və ya real çəkilişlə birləşdirilən hibrid yanaşma seçirik. Vizual istinadlar, personaj və məhsul davamlılığı, hüquqi istifadə çərçivəsi və insan nəzarəti layihənin əvvəlindən nəzərə alınır.
Xidmətin tərkibi
Planlı çəkiliş, aydın təhvil
Kreativ konsept və vizual istiqamət
Prompt, kadr və ardıcıllıq dizaynı
AI generasiya və seçmə mərhələsi
Montaj, səs, qrafika və platforma versiyaları
Kimlər üçün uyğundur?
- Fərqli reklam vizualı axtaran brendlər
- Kampaniya konseptini sürətlə sınaqdan keçirən komandalar
- Real çəkilişlə AI səhnələrini birləşdirən layihələr
İş prosesi
Brifdən hazır materiala qədər
- 01
Konsept və sərhədlər
Brend qaydaları, istifadə hüquqları və yaradıcı məqsəd müəyyən edilir.
- 02
Vizual prototip
Stil və əsas səhnələr qısa testlərlə təsdiqlənir.
- 03
Production
Seçilmiş istiqamət ardıcıl kadrlara, montaja və səs dizaynına çevrilir.
Nümunələr və bilik
Qərardan əvvəl işlərimizə baxın
Yanaşmamızı portfolio layihələrində, çəkiliş və kontent haqqında praktiki izahları isə Media7 bloqunda görə bilərsiniz.
Tez-tez verilən suallar
AI reklam videosu istehsalı haqqında
AI reklam real çəkilişi əvəz edir?
Həmişə yox. Məhsul dəqiqliyi və insan etibarı tələb olunan işlərdə hibrid yanaşma daha doğru ola bilər.
Brend üslubunu qorumaq mümkündür?
Bəli, rəng, kompozisiya, ton və təsdiq mərhələləri art direction sənədi ilə idarə olunur.
AI videonun istifadə hüquqları necə müəyyən edilir?
İstifadə olunan alətlər, mənbələr və kampaniya kanalları layihədən əvvəl qiymətləndirilir; kommersiya istifadəsi üçün uyğun iş axını seçilir.
Əlaqəli xidmətlər