Tədbir çəkilişi
Tədbir video çəkilişi
Tədbirin əsas anlarını, atmosferini və brend mesajlarını itirmədən dinamik video hekayəyə çeviririk.
Yanaşma
Nəticəyə fokuslanan production
Tədbir videosu yalnız xronika deyil. O, tədbirin miqyasını göstərməli, çıxışların əsas fikirlərini saxlamalı və növbəti kommunikasiya üçün istifadə edilə bilən kontent yaratmalıdır.
Konfrans, forum, sərgi, açılış, təqdimat və korporativ gecələr üçün kamera sayını, səs bağlantısını və çəkiliş nöqtələrini proqram əsasında planlaşdırırıq. Eyni materialdan highlight, tam çıxış və qısa sosial media videoları hazırlana bilər.
Xidmətin tərkibi
Planlı çəkiliş, aydın təhvil
Tədbir proqramına uyğun çəkiliş planı
Bir və ya çoxkameralı çəkiliş
Spiker səsi və atmosfer audio yazısı
Highlight, çıxış və sosial media versiyaları
Kimlər üçün uyğundur?
- Konfrans və forum təşkilatçıları
- Korporativ tədbir və təqdimat komandaları
- PR və kommunikasiya agentlikləri
İş prosesi
Brifdən hazır materiala qədər
- 01
Texniki plan
Məkan, proqram, səhnə, işıq və səs çıxışları əvvəlcədən yoxlanılır.
- 02
Canlı çəkiliş
Əsas çıxışlar, auditoriya reaksiyası, detallar və müsahibələr çəkilir.
- 03
Sürətli montaj
Prioritet materiallar razılaşdırılmış qrafiklə seçilir və yayıma hazırlanır.
Nümunələr və bilik
Qərardan əvvəl işlərimizə baxın
Yanaşmamızı portfolio layihələrində, çəkiliş və kontent haqqında praktiki izahları isə Media7 bloqunda görə bilərsiniz.
Tez-tez verilən suallar
Tədbir video çəkilişi haqqında
Eyni gün qısa video hazırlamaq mümkündür?
Bəli, əvvəlcədən planlaşdırılmış on-site və ya sürətli montaj komandası ilə tədbir günü qısa video təhvil verilə bilər.
Spiker çıxışları tam yazılır?
Tələbə görə çıxışlar ayrıca, fasiləsiz video kimi yazılır və highlight videosundan ayrı təhvil verilir.
Foto və video birlikdə sifariş edilə bilər?
Bəli, fotoqraf və video komandası eyni tədbir planı üzrə koordinasiyalı işləyə bilər.
Əlaqəli xidmətlər