Məhsul fotoqrafiyası
Məhsul foto çəkilişi
Məhsulun formasını, teksturasını və üstünlüyünü satış kanalına uyğun dəqiq vizuallarla təqdim edirik.
Yanaşma
Nəticəyə fokuslanan production
Məhsul foto çəkilişində işıq, rəng dəqiqliyi və ardıcıllıq birbaşa alıcının etibarına təsir edir. E-commerce üçün təmiz fon, reklam üçün yaradıcı kompozisiya, menyu üçün isə iştaha və tekstura ön plana çıxır.
Hər məhsul qrupu üçün işıq sxemi və rakurs standartı qururuq. Bu yanaşma böyük kataloqlarda vahid görünüş yaradır və sonradan əlavə olunan məhsulların eyni vizual sistemə uyğun çəkilməsini asanlaşdırır.
Xidmətin tərkibi
Planlı çəkiliş, aydın təhvil
Fon və kompozisiya konsepti
Rəng dəqiq studiya çəkilişi
Təmizləmə və peşəkar retuş
Sayt, marketplace, sosial media və çap ölçüləri
Kimlər üçün uyğundur?
- E-commerce və marketplace satıcıları
- Qida, kosmetika və moda brendləri
- Kataloq və reklam materialı hazırlayan şirkətlər
İş prosesi
Brifdən hazır materiala qədər
- 01
Məhsul siyahısı
SKU sayı, rakurslar, fon və istifadə platformaları dəqiqləşdirilir.
- 02
Nümunə kadr
İşıq və kompozisiya təsdiq üçün bir məhsul üzərində qurulur.
- 03
Seriya və retuş
Bütün məhsullar vahid standartla çəkilir, işlənir və adlandırılır.
Nümunələr və bilik
Qərardan əvvəl işlərimizə baxın
Yanaşmamızı portfolio layihələrində, çəkiliş və kontent haqqında praktiki izahları isə Media7 bloqunda görə bilərsiniz.
Tez-tez verilən suallar
Məhsul foto çəkilişi haqqında
Bir məhsul üçün neçə foto çəkilir?
Say məhsulun quruluşu və satış platformasına görə müəyyən edilir; əsas, yan, detal və istifadə kadrları ayrıca planlaşdırılır.
Ağ fonda foto hazırlayırsınız?
Bəli, e-commerce tələblərinə uyğun ağ və şəffaf fonlu nəticələr, həmçinin yaradıcı reklam kompozisiyaları hazırlana bilər.
Məhsulların daşınması necə təşkil olunur?
Məhsullar studiyaya çatdırıla və ya uyğun şərait olduqda müştərinin lokasiyasında çəkilə bilər.
Əlaqəli xidmətlər